2025-ci il 30 sentyabr tarixinə olan məlumata görə, Gürcüstanda
yaşayan Belarus vətəndaşlarının 22,7%-i,
Ukrayna vətəndaşlarının 20,3%-i və Rusiya vətəndaşlarının 28,1%-i
Gürcüstan rezidentləri hesab olunur. Bu barədə məlumat Gürcüstan
Milli Bankının turizmdən əldə olunan gəlirlər barədə
statistikasında yer alır.
Milli Bankın izahına görə, bu şəxslər artıq bir ildən çoxdur ki,
Gürcüstanda yaşayırlar və ya bir ildən çox
müddətə qalmağı
planlaşdırırlar. Buna görə də, Beynəlxalq Valyuta Fondunun
metodologiyasına əsasən, onlar Gürcüstanın rezidentləri sayılır və
onların xərcləri beynəlxalq səyahətlərdən əldə olunan gəlirlərə
daxil edilmir.
Məlumata əsasən, 2025-ci ilin üçüncü rübündə Gürcüstan turizmdən
1,666 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 6,5% artım deməkdir. Gürcüstan Milli Bankının
məlumatına görə, keçən ilin üçüncü rübündə bu göstərici 1,563
milyard dollar təşkil etmişdi.
Ölkələr üzrə göstəricilərə baxdıqda, üçüncü rübdə Rusiyadan əldə
olunan gəlirlər 14,2% azalıb. Buna baxmayaraq, Rusiya hələ də 252,2
milyon dollarlıq göstərici ilə liderliyini qoruyur. Ukraynalı
ziyarətçilərin xərclərində isə 5,6%-lik artım qeydə alınıb — onlar
üçüncü rübdə 44,9 milyon dollar xərcləyiblər. Belarusiyalıların
xərcləri isə 36,9 milyon dollar təşkil edib, bu isə 5,3%-lik azalma
deməkdir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.