2025-ci ilin üçüncü rübündə Gürcüstan turizmdən 1,666 milyard
dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 6,6% artım deməkdir.
Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin 9 ayı ərzində
turizmdən ümumi gəlir 3,637 milyard dollar təşkil edib.
Ölkələr üzrə göstəricilərə baxdıqda, Gürcüstan ən çox gəliri
ənənəvi olaraq Rusiyadan əldə edib.
2025-ci ilin üçüncü rübündə
Rusiyadan gələn ziyarətçilərin xərcləri təxminən 252,5 milyon
dollar olub. İkinci yerdə 195,7 milyon dollarla Türkiyə, üçüncü
yerdə isə 188,3 milyon dollar xərclə İsrail qərarlaşıb. Avropa
İttifaqı ölkələrindən gələn turistlərin xərcləri isə ümumilikdə 238
milyon dollar təşkil edib.
Qeyd olunur ki, 2025-ci ilin üçüncü rübündə Rusiyadan gələn
turistlərin xərcləri illik müqayisədə 14,2% azalıb. İsraildən gələn
turistlər arasında xərclər 28% artıb, Türkiyə üzrə isə artım
təxminən 3% təşkil edib. Avropa İttifaqı ölkələrindən gələn
turistlərin xərclərində isə 13%-lik artım qeydə alınıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.