Tbilisidə tramvay xəttinin lazımi layihə-smeta sənədlərinin
hazırlanması və tikinti/quraşdırma işlərinin aparılması üçün tender
artıq elan olunub.
Tender şərtlərinə əsasən, təkliflərin qəbulu 17 dekabrda başlayacaq
və 22 dekabrda başa çatacaq. Satınalmanın təxmini dəyəri 416 592
000 lari təşkil edir.
Tender sənədlərinə görə, tramvay xətti Didi Diğominin 3-cü və 4-cü
mikrorayonlarının birləşdiyi ərazidən başlayacaq, Davit
Ağmaşenebeli prospekti və
Diğomi massivindən keçərək Didube metro
stansiyasının yaxınlığında bitəcək.
Şərtlərə əsasən:
- Xəttin təxmini uzunluğu – 7,5 km;
- Dayanacaqların sayı – 11;
- Tramvay tərkibi – 10 ədəd;
- Hər bir tramvay vaqonunun tutum həcmi – ən azı 300
sərnişin olacaq.
Layihəyə əsasən, tramvay xəttinin əsas məqsədi Didi Diğomi
ərazisini metro şəbəkəsinə birləşdirmək və beləliklə, şəhər
mərkəzinə sürətli əlaqə təmin etməkdir.
Xatırladaq ki, Tbilisiyə tramvayın geri qaytarılması barədə
bəyanatı şəhər meri Kaxa Kaladze cari ilin avqust ayında vermişdi.
Ondan əvvəl, 2025-ci ilin martında, bu layihə ilə bağlı bazar
araşdırması elan olunmuşdu.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.