Qərbi Gürcüstan istiqamətində, Tbilisidən çıxış/giriş avtomobil
yolunun — konkret olaraq Tbilisi–Nataxtari hissəsinin
modernləşdirilməsi planlaşdırılır.
Yol Departamenti bu layihə üçün artıq Ətraf Mühitin Milli
Agentliyinə “skopinq” (ətraf mühit təsirinin ilkin
qiymətləndirilməsi) rəyi almaq məqsədilə müraciət edib.
Departamentin təqdim etdiyi sənədlərə əsasən, layihə iki ayrı
hissədən ibarətdir:
- Hissə 1: Tbilisiyə giriş hissəsindən (“Škoda”
avtomərkəzinin yaxınlığından) Tbilisi dairəvi yolunun perspektiv
nəqliyyat qovşağına (Saquramo qovşağı) qədər.
- Hissə 2: Saquramo–Jinvali istiqamətindəki perspektiv
nəqliyyat qovşağından (Saquramo qovşağı) Nataxtari qovşağı
yaxınlığında yerləşən Tserovani yeni yaşayış massivinin dönəcəyinə
qədər.
Layihə çərçivəsində hər iki istiqamətdə — Tbilisi–Nataxtari və
Nataxtari–Tbilisi yollarında avtomobil yolunun bir hərəkət zolağı
artırılması, həmçinin tunellərin, körpülərin və estakadalərin
tikintisi nəzərdə tutulur.
Sənədlərdə qeyd olunur ki:
- Birinci hissədə yeni qoşa tunel və estakada tikiləcək
(mövcud iki relsli dəmiryolu və Kür çayı vadisini birgə keçmək
üçün).
- İkinci hissədə isə Araqvi çayı üzərindən yeni körpü və
Mtsxeta yaşayış məntəqəsi yaxınlığında, “Liderfood” anbarının
yanında yeni estakada inşa ediləcək.
Birinci hissədə magistral yolda hər istiqamətdə 4 əsas zolaq,
ikinci hissədə isə hər istiqamətdə 3 əsas zolaq olacaq.
Tikintinin ümumi müddəti 4 təqvim ili olaraq planlaşdırılıb.
Layihəyə görə, birinci hissədə 8 körpü, ikinci hissədə 5 körpü
tikiləcək.
Bundan əlavə, birinci hissədə Koşiqora dağı altında iki yeni (qoşa)
tunel inşa ediləcək. Tunellər Tbilisi istiqamətindən, “Škoda”
mərkəzi yaxınlığından başlayaraq Koşiqora dağını keçməklə
Muxatqverdi kəndinə qədər uzanacaq.
- Tbilisidən Nataxtariyə gedən tunelin uzunluğu 1,6
km,
- Nataxtaridən Tbilisiyə istiqamətindəki tunelin uzunluğu
isə 1,9 km olacaq.
Layihənin uzunluğu belədir:
- Birinci hissənin ümumi uzunluğu — 14,87 km (iki
istiqamət üzrə), bir istiqamət üzrə orta uzunluq — 7,4
km.
- İkinci hissənin ümumi uzunluğu — 7,38 km (iki istiqamət
üzrə), bir istiqamət üzrə orta uzunluq — 3,7 km.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.