Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
əməkdaşları Rustavidə
baş vermiş qəsdən adam öldürməyə cəhd faktının üstünü "isti
izlərlə" açıblar.
Qurumun məlumatına görə, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum
olunmuş L.P. saxlanılıb. O, qəsdən adam öldürməyə cəhddə ittiham
olunur.
Hadisənin təfərrüatları: İstintaqla müəyyən edilib ki,
Rustavidə mübahisə zəminində yaranan qarşıdurma zamanı
təqsirləndirilən şəxs 1988-ci il təvəllüdlü D.Q.-ya soyuq silahla
bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı klinikaya
yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.
Polis təqsirləndirilən şəxsi hadisədən qısa müddət sonra saxlayıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən
adam öldürməyə cəhd) ilə aparılır. Cinayət 15 ilədək azadlıqdan
məhrumetmə cəzasını nəzərdə tutur.