Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Departamentinin
əməliyyat-istintaq əməkdaşlarının həyata keçirdiyi tədbirlər
nəticəsində dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan 3
nəfər saxlanılıb. Saxlanılan şəxslər 1992-ci il təvəllüdlü Ç.Ç.,
1992-ci il təvəllüdlü X.O. və 2006-cı il təvəllüdlü A.H.-dır.
İstintaq zamanı müəyyən edilib ki, Ç.Ç. və A.H. müxtəlif vaxtlarda
sərhəd-keçid məntəqəsini keçmədən Gürcüstan-Ermənistan dövlət
sərhədini qanunsuz olaraq keçiblər.
X.O. isə Gürcüstan-Türkiyə
sərhədini qanunsuz keçərək ölkəyə daxil olub.
A.H. və X.O.-ya qarşı immiqrasiya proseduru həyata keçirilib və
onlar ölkədən çıxarılıb. Ç.Ç.-yə qarşı isə Gürcüstan Cinayət
Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi üzrə istintaq
aparılır ki, bu da 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.