DİN Telavidə həmkəndlisini döyən bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, "isti izlərlə" keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2002-ci il təvəllüdlü D.T.-ni saxlayıblar.

O, sağlamlığa qəsdən ağır zərər vurmada ittiham olunur.

İstintaqın versiyasına görə, alkoqolun təsiri altında olan təqsirləndirilən şəxs, mübahisə zəminində həmkəndlisi — 1979-cu il təvəllüdlü Z.R.-ya fiziki təzyiq göstərib. Aldığı xəsarətlər səbəbindən yaralı klinikaya yerləşdirilib.

Qurumun məlumatına görə, təqsirləndirilən
şəxs hadisə yerindən qaçsa da, polis onu yaxalaya bilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə cəza növü olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.





 

Print Email
FaceBook Twitter Google