Marneulidə bıçaqlanma hadisəsi baş verib, bir nəfər vəfat edib
Bu gün, 2 aprel tarixində Marneuli şəhərində bir kişi bıçaqlanıb. Ağır yaralanan şəxs yerli klinikaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün
olmayıb.

Kişinin ölüm faktı “Marneuli” radiosuna Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

Nazirliyin açıqlamasına görə, hadisə ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi üzrə aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google