Qanunsuz miqrasiyaya qarşı əməliyyat zamanı 42 xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi, Kutaisi və Batumi şəhərlərində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər. Həyata keçirilən kompleks əməliyyatlar nəticəsində 42 xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında Banqladeş, Hindistan, Pakistan, Misir, Özbəkistan, Türkiyə, İraq, Çin, Burkina-Faso, Filippin, İordaniya, Rusiya, Tailand, Sudan və Nepal vətəndaşları var.

Keçirilən tədbirlər çərçivəsində departament
əməkdaşları müxtəlif ünvanları və fərqli təyinatlı obyektləri yoxlayıblar. Məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların aşkar edilməsi olub.

Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanununda nəzərdə tutulan tələbləri pozaraq ölkədə qalırdılar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib və onların ölkədən deportasiya olunması üçün müvafiq prosedurlar aparılır.

Qurumun məlumatına görə, ölkə üzrə intensiv şəkildə davam edən miqrasiya nəzarəti tədbirləri profilaktik xarakter də daşıyır. Bunun nəticəsində Gürcüstanda qeyri-qanuni yaşayan bəzi xarici vətəndaşlar ölkəni könüllü şəkildə tərk ediblər. Bu ilin ilk rübündə artıq 2030 qeyri-qanuni miqrant Gürcüstanı könüllü olaraq tərk edib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google