Zuqdidi bələdiyyəsində qəsdən adam öldürmək ittihamı ilə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Zemo Svaneti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmək ittihamı ilə 1967-ci il təvəllüdlü M.M.-ni saxlayıblar.

İstintaqın məlumatına görə, cari ilin 4 aprel tarixində Zuqdidi bələdiyyəsinin kəndlərindən birində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək 1953-cü il təvəllüdlü Z.N.-ə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Aldığı xəsarətlər nəticəsində Z.N. hadisə
yerindəcə həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində M.M.-ni cinayəti törətdikdən qısa müddət sonra saxlayıblar. Polis cinayətin aləti olan bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Həmin maddə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google