Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin
İsani-Samqori Baş İdarəsinin əməkdaşları
1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.Q.-ni sağlamlığa
qəsdən ağır xəsarət yetirmək ittihamı ilə saxlayıblar.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs münaqişə
zəminində odlu silahdan istifadə edərək 1996-cı il təvəllüdlü
X.Z.-yə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.
Yaralanan şəxs tibbi yardım göstərilməsi üçün klinikaya
yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq
tədbirləri nəticəsində təqsirləndirilən şəxsi cinayəti törətdikdən
qısa müddət sonra, “isti izlərlə” Telavidə saxlayıblar. Polis
cinayətin törədildiyi silahı maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi
ilə aparılır. Həmin maddə 7 ilə qədər azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.