Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Tbilisidə
avtomobilin Kür çayına düşməsi ilə bağlı baş vermiş hadisə üzrə bir
nəfəri saxlayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs avtomobillə
hərəkətdə olarkən digər hərəkətdə olan nəqliyyat vasitələri ilə
toqquşub və nəticədə həmin avtomobillərdən birinin sürücüsü
idarəetməni itirərək Kür çayına düşüb.
Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Patrul Polis
Departamentinin əməkdaşları
aparılan istintaq hərəkətləri
nəticəsində Tbilisidə, Kür çayının sol sahilində baş vermiş
yol-nəqliyyat hadisəsində iştirak edən sürücünü saxlayıblar.
İstintaq nəticəsində aydın olunub ki, təqsirləndirilən şəxs cari
ilin 2 iyun tarixində idarə etdiyi avtomobillə hərəkət zamanı qəza
şəraiti yaradıb və yaxınlıqda hərəkət edən avtomobillərlə toqquşub.
Nəticədə avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək Kür
çayına düşüb.
Hazırda həmin sürücünün axtarış-xilasetmə işləri fasiləsiz şəkildə
davam etdirilir. Axtarışlara yanğınsöndürən-xilasedicilərlə yanaşı,
dalğıc qrupları və xüsusi xilasetmə texnikası da cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə
istintaq aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.