Xüsusi immiqrasiya nəzarəti çərçivəsində 42 əcnəbi saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər və nəticədə 42 əcnəbi qanunsuz miqrant saxlanılıb.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Özbəkistan, Banqladeş, Türkmənistan, Uqanda, Keniya, Nigeriya, Çin, Rusiya, Tailand, Türkiyə və Yəmən vətəndaşları var.

Xüsusi immiqrasiya nəzarəti çərçivəsində departament əməkdaşları Gürcüstanda qanuni əsas olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi məqsədilə müxtəlif
məkanları və təyinat obyektlərini yoxlayıblar.

Yoxlamalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq ölkədə olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdiriliblər və onların Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlar davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google