Acarıstanda narkotik cinayəti ittihamı ilə 4 xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və satışına şərait yaradılması ittihamı ilə müxtəlif vaxtlarda 4 xarici ölkə vətəndaşını saxlayıblar.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində apardıqları axtarışlar zamanı, həmçinin müxtəlif yerlərdən külli miqdarda narkotik vasitələr və
psixotrop maddələr maddi sübut kimi götürüblər.

Müsadirə edilən maddələr arasında təxminən 3 kiloqrama yaxın metadon, kokain, mefedron, marixuana və preqabalin var.

Polis həmçinin saxlanılan şəxslərdən birinin satdığı narkotik vasitəni, satışdan əldə olunan pul və narkotiklərin qablaşdırılması üçün istifadə olunan materialları da götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prima və 260-cı tertia maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google