Badiauri kəndində 24 yaşlı gənc balıq tutarkən boğulub
24 yaşlı gənc Saqareco bələdiyyəsinin Badiauri kəndindəki göllərdən birində balıq tutarkən boğulub. Hadisə zamanı gənc oğlan dostları ilə birlikdə olub.

İlkin məlumata görə, balıq tutmaq üçün əldə hazırlanmış alət sıradan çıxıb, suda olan oğlanı əvvəlcə cərəyan vurub, daha sonra isə o, boğulub.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.

Mənbə: speqtri.ge
Print Email
FaceBook Twitter Google