Metexi kilsəsindən yıxılan üç turistdən ikisi dünyasını dəyişib
24 iyun tarixində
Metexi kilsəsinin həyətindən 3 nəfər yıxılıb, onlardan ikisi
dünyasını dəyişib. Yıxılan hər üç nəfər turist
olublar.
Fövqəladə Halların İdarəolunması Xidmətindən “Netgazeti”yə verilən
məlumata görə, yıxılan turistlərdən biri hadisə yerindəcə dünyasını
dəyişib. Digər ikisi isə xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan
turistlərdən biri xəstəxanada dünyasını dəyişib, digəri isə
xəstəxanada qalmaqdadır.