Bir nəfər fırıldaqçılıq ittihamı ilə saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti bu gün, 10 iyul tarixində bir nəfəri başqasının əmlakını aldatmaq yolu ilə qeyri-qanuni şəkildə mənimsəməyə cəhd ittihamı ilə saxlayıb.

İstintaqın məlumatına görə, müttəhim fırıldaqçılıq məqsədilə bir nəfərlə əlaqə saxlayıb və onu əmin edib ki, 30 000 lari qarşılığında onun büdcəyə olan borcunu sildirə bilər.

İstintaq Xidmətinin məlumatına görə, müttəhim qeyd olunan məbləğin bir hissəsini – konkret olaraq 10 000 larini əvvəlcədən tələb edib və həmin məbləği götürərkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google