Bir nəfər fırıldaqçılıq ittihamı ilə saxlanılıb
12:42 / 10.07.2019
Maliyyə Nazirliyinin İstintaq
Xidməti bu gün, 10 iyul tarixində bir nəfəri başqasının əmlakını
aldatmaq yolu ilə qeyri-qanuni şəkildə mənimsəməyə cəhd ittihamı
ilə saxlayıb.
İstintaqın məlumatına görə, müttəhim fırıldaqçılıq məqsədilə bir
nəfərlə əlaqə saxlayıb və onu əmin edib ki, 30 000 lari
qarşılığında onun büdcəyə olan borcunu sildirə bilər.
İstintaq Xidmətinin məlumatına görə, müttəhim qeyd olunan məbləğin
bir hissəsini – konkret olaraq 10 000 larini əvvəlcədən tələb edib
və həmin məbləği götürərkən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi
ilə istintaq aparılır. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan
məhrumetməni nəzərdə tutur.