Saxta 100 dollarlıq əsginas satma ittihamı ilə iki nəfər saxlanılıb
Maliyyə Nazirliyi İstintaq Xidmətinin əməkdaşları külli miqdarda saxta pul satma ittihamı ilə iki nəfəri saxlayıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətindən "Interpressnews"a verilən məlumata görə, istintaq nəticəsində aydın olub ki, müttəhimlər Türkiyə respublikasından 100 dollarlıq əsginaslar gətirərək Acarıstan bölgəsində satıblar.

İstintaq Xidmətinin bildirdiyinə görə, həyata keçirilmiş istintaq tədbirləri nəticəsində 10 000 ABŞ doları həcmində saxta əsginas müsadirə olunub.

"Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", — yayılan məlumatda bildirilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər