Batumidə qanunsuz odlu silah və sursat ələ keçirilib (VİDEO)
18:52 / 11.08.2019
Daxili İşlər Nazirliyinin Acarıstan Polis
Departamentinin Xelvaçauri rayonun əməkdaşlarının həyata
keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində 1989-cu ildə
anadan olmuşX.T.-nı qeyri-qanuni şəkildə odlu silah və
sursatın əldə olunması, saxlanılması və daşınması ittihamı ilə
Batumidə saxlayıb.
Hüquq mühafizə orqanları tərəfindən saxlanılan qadının üzərinə
baxış keçirilən zamanı “Parabelium” sistemli odlu silah və 35
patron müsadirə olunub. DİN-dən bildirirlər ki, silah və güllələr
üçün müvafiq ekspertiza təyin edilib.
İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 236-cı maddəsi ilə
aparılır. Həmin maddə odlu silahdan və döyüş materialların qanuna
zidd olaraq əldə edilməsi-saxlanılması və daşınmasını nəzərdə
tutur.
Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.