Poniçalada xüsusi əməliyyat – narkocinayət üstündə bir qadın həbs edilib (VİDEO)
13:13 / 17.10.2019
Səhər saatlarında xüsusi təyinatlılar
Poniçalada xüsusi əməliyyat həyata keçiriblər.Əməliyyat nəticəsində bir qadın həbs
olunub.
Saxlanılan şəxs narkotik cinayətində şübhəli bilinir və onun
yaşadığı evdə axtarış aparılıb. Daxili İşlər Nazirliyi gün ərzində
həyata keçirilən xüsusi əməliyyat barədə ətraflı məlumat
verəcək.
"Kuryer"in əməkdaşları hadisənin səbəbi haqda həbs olunan şəxsin
ailəsindən məlumat əldə etməyə çalışıblar. Lakin müttəhimin ailə
üzvləri olduqca aqressiv davranıblar. Bir neçə gün əvvəl
hüquq-mühafizə orqanlarının əməkdaşları Poniçalada daha bir xüsusi
əməliyyat həyata keçirmiş və bir nəfər həbs etmişdilər.