Bolnisidə kişi arvadını öldürüb
Bolnisi rayonun Faxralı (Talaveri) kəndində
bir kişi həyat yoldaşını öldürüb. İlkin məlumata görə, kişi
saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına
verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 11 prima 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndi
ilə istintaq aparılır. Həmin maddə ailəni bir üzvünü amansızlıqla
qəsdən öldürməni nəzərdə tutur.
Mərhumun üç azyaşlı uşağı var idi.
Hadisə yerində araşdırma aparılır.