Polis Marneulidə külli miqdarda narkotik maddə ələ keçirib - bir nəfər həbs olunub
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli və Bolnisi rayon şöbələrinin əməkdaşlarının apardıqları operativ istintaq tədbirləri nəticəsində 1961-ci ildə anadan olmuş, şərti məhkum E. C.-ni qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə edilməsi və saxlanılması ittihamı ilə Marneulidə həbs ediblər.

Cinayətə görə 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Təqsiriləndirilən şəxsi hüquq mühafizə orqanları Marneuli bələdiyyəsinin İmir kəndində avtomobilini idarə edərkən saxlayıblar. Polis tərəfindən saxlanılan şəxsin üzərində axtarış aparılan zaman 119 həb "suboksin" ələ keçirilib və maddi dəlil kimi müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə istintaq aparılır. Həmin maddə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasını nəzərdə tutur.

Mənbə: police.ge
Print