Qurcianidə yanğın zamanı 60 yaşlarında bir qadın dünyasını dəyişib
Qurcianidə baş verən yanğın nəticəsində 60 yaşlarında bir qadın dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, Ağmaşenebeli küçəsində yerləşən iki mərtəbəli evdə yanğın baş verib və yanğın tez bir zamanda sürətlə yayılıb. Yanğın zamanı evdə yaşayan qadın çıxa bilməyib.

Yanğın nəticəsində evlə birlikdə içərisindəki məişət əşyaları tamamilə məhv olub.

Əraziyə bələdiyyənin dörd yanğınsöndürən xilasetmə qrupunun əməkdaşları cəlb olunub
və hadisə yerində çalışırlar.

Hadisə ilə bağlı istintaq aparılır.

İlkin məlumatlara görə, yanğın elektrik enerjisində yaranan qısa qapanmaya görə baş verib.

Print Email
FaceBook Twitter Google