Rustavi-Lilo yolunda baş vermiş qəza nəticəsində 2 nəfər dünyasını dəyişib
Rustavi-Lilo magistralında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində biri yetkinlik yaşlarına çatmamış, digəri isə orta yaşlarında qadın olmaqla 2 nəfər dünyasını dəyişib. “Netgazeti”yə məlumatı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

1tv-nin məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan biri 11 yaşlı yeniyetmədir.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə yol hərəkəti qaydalarının iki və daha artıq adamın ölümü ilə nəticələnən pozulmasını nəzərdə tutur.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google