Marneulidə 7-ci sinif şagirdini maşın vurub
Marneulidə 3 saylı ictimai məktəb yaxınlığında 7-ci sinif şagirdini maşın vurub.
Həmin məktəbin mandatur xidmətinin əməkdaşının “Marneuli” radiosuna verdiyi məlumata görə, şagird ikinci növbədə oxuyurmuş və maşın onu məktəbə gələrkən vurub.
Zərərçəkən Marneulidə yerləşən “Aversi” klinikasına yerləşdirilib. Klinikadan “Marneuli” radiosuna verilən məlumata görə, müayinələr davam edir və ilkin baxış zamanı onun həyatı üçün təhlükəli əlamətlər aşkarlanmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı qaydalarının insan sağlamlığına qismən ağır xəsarət vurulması ilə nəticələnən pozulmasını nəzərdə tutur.





"Marneuli" radiosu
Print Email
FaceBook Twitter Google