Marneulidə odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində 1996-cı ildə anadan olmuş E.C.-ni odlu silahın və döyüş sursatının qeyri-qanuni şəkildə əldə olunması-saxlanılması ittihamı ilə saxlayıblar.

Törədilmiş cinayətə görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis müttəhimin evinin və həyətininaxtarışı nəticəsində 1 ədəd Kalaşnikov markalı “AKS” model avtomat silah, 1 ədəd güllə darağı və 20 ədəd güllə aşkarlayaraq maddi sübut kimi müsadirə ediblər.

Odlu silahın və döyüş sursatının qeyri-qanuni şəkildə əldə olunması-saxlanılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə istintaq davam edir.


{{AUDIO}}
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər