İstintaq Xidməti saxta pul istifadəyə vermək faktı ilə bağlı Türkiyə vətəndaşını saxlayıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ istintaq tədbirləri nəticəsində saxta pul istifadəyə vermə faktı ilə bağlı Türkiyə vətəndaşını saxlayıblar.



“İstintaq nəticəsində məlum olub ki, müttəhim Tbilisidə 21 vahid saxta 100 larilik əsginasları istifadəyə verib. İstintaq nəticəsində aşkarlanan pulun miqdarı ümumilikdə 2 100 ABŞ dolar təşkil edib.

İşlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur”-
İstintaq Xidmətindən bildirirlər.

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google