Xaşuridə qrup şəklində zorakılıq törətmə ittihamı ilə 3 nəfər saxlanılıb
Polis Xaşuridə qrup şəklində törədilmiş zorakılıq ittihamı ilə üç nəfəri saxlayıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. Qurumdan verilən məlumata görə, təqsirləndirilən şəxslər Xaşurinin Ali kəndində bir nəfərə qarşı fiziki zorakılıq törədiblər.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 2 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 126-cı maddəsinin 1-ci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Həmin maddə qrup şəklində törədilmiş zorakılığı nəzərdə tutur.

Mənbə: On
Print Email
FaceBook Twitter Google