Batumidə klublardan birindəki mübahisə zəminində iki nəfəri
yaralayıblar. Hadisə dünən gecə baş verib.
Xəsarət alanlar "Medcenter" klinikasına aparılıblar.
Həkimlərin bildirdiyinə görə, onlardan biri ağır vəziyyətdədir, bud
nahiyəsindən yaralanıb, digəri 22 yaşında olan kişini isə
sinəsindən yaralayıblar.
Gürcüstanın Daxili İşlər Nazirliyindən “İnterpressNews”a verilən
məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs isti
izlərlə saxlanılıb.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci
maddəsi ilə istintaq başladılıb. Həmin maddə sağlamlığa qəsdən ağır
ziyan vurulmasını nəzərdə tutur.