İyun ayında 118 325 qutu aksiz markasız siqaret ələ keçirilib – İstintaq Xidməti
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin verdiyi məlumata görə, iyun ayı ərzində ölkə daxilində aksiz markasız siqaretlərin saxlanması və daşınması ilə bağlı 54 fakt aşkarlanıb. Qurumun verdiyi məlumata görə, göstərilən müddətdə təqsirləndirilən şəxslərdən satış üçün nəzərdə tutulmuş müxtəlif adda 118 325 qutu müxtəlif markalı aksiz markasız siqaret müsadirə edilmişdir. Ələ keçirilən siqaretlərin ümumi dəyəri 375 min laridən çoxdur.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin birinci, ikinci və üçüncü hissələrinə əsasən araşdırılır və törədilmiş cinayətə görə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google