Maliyyə Nazirliyinin İstintaq Xidmətinin verdiyi məlumata görə,
iyun ayı ərzində ölkə daxilində aksiz markasız siqaretlərin
saxlanması və daşınması ilə bağlı 54 fakt aşkarlanıb.
Qurumun verdiyi məlumata görə, göstərilən müddətdə təqsirləndirilən
şəxslərdən satış üçün nəzərdə tutulmuş müxtəlif adda 118 325 qutu
müxtəlif markalı aksiz markasız siqaret müsadirə edilmişdir. Ələ
keçirilən siqaretlərin ümumi dəyəri 375 min laridən çoxdur.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin
birinci, ikinci və üçüncü hissələrinə əsasən araşdırılır və
törədilmiş cinayətə görə 6 ildən 8 ilədək müddətə azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.