Ciaturada təqaüdə çıxmış cütlük qarət edilib

Ciatura bələdiyyəsinin Xalipauri kəndində təqaüdə çıxmış cütlük qarət edilib. Bu barədə məlumatı "Mtavari" televiziya şirkəti yayıb.



Soyulan cütlük telekanalla söhbətində bildirib ki, təcavüzkarlar onların əl-qolunu və ağızlarını bağlayaraq pul və qızılları aparıblar. Zərərçəkmişlərin dediyinə görə, quldurlardan birində silah da olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə başladılıb. Törədilmiş cinayətə görə on bir ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google