Kutaisidə mikromaliyyə təşkilatını qarət ediblər
19 sentyabr tarixində Kutaisidə “İntelekspress” mikromaliyyə təşkilatı qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə oğurluğu nəzərdə tutur.

“İntelekspress” şirkətinin meneceri Levan Dondua hadisə ilə bağlı “Rustavi 2” kanalına müsahibə verib.

“Həyəcan siqnalı çalınıb, mühafizə polisi gəlib, ancaq qapı və pəncərə açıq olmadığı üçün geri qayıdıb. Oğrular zirzəmidən çıxıblar", – Dondua müsahibəsində bildirib.

Onun sözlərinə görə, dəymiş zərərlə bağlı dəqiq məlumat verə bilməz. Ancaq “Rustavi 2”-nin məlumatına görə, yarım milyona yaxın lari və qiymətli əşyalar oğurlanıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google