Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə
alınıb.
Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü
Milkoşvili Levon Qiorqiya oğlu bıçaqla özünə xəsarətlər yetirib.
Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya
çatdırılıb.
Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı
kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və
həkim nəzarətində saxlanılır.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə: report.az