Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Şöbəsinin
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
İdarəsinin və Baş Prokurorluğun əməkdaşları Poniçala qəsəbəsində 11
narkotik satıcısını həbs ediblər.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 1986-cı il
təvəllüdlü N.A., 1973-cü il təvəllüdlü İ.A., 1987-ci il təvəllüdlü
K.A., 1996-cı il təvəllüdlü A.G., 1967-ci il təvəllüdlü D.F.,
1976-cı il təvəllüdlü S.G., 1999-cu il təvəllüdlü V.M., 1979-cu il
təvəllüdlü V.A., 1971-ci il təvəllüdlü F.A., 1985-ci il təvəllüdlü
R.N. və 1999-cu il təvəllüdlü E.G. hakimin hökmü əsasında
saxlanılıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxslər narkotik vasitələri
qanunsuz şəkildə əldə etmək, saxlamaq və satmaqda ittiham
olunurlar.
“Törədilmiş cinayətə görə 8 ildən 20 ilə qədər və ya
ömürlük həbs cəzası nəzərdə tutulur. İstintaq nəticəsində
təqsirləndirilən şəxslərin sistemli şəkildə narkotik satdığı aydın
olub.
Hüquq mühafizə orqanları hakimin hökmü əsasında dəfələrlə
təqsirləndirilən şəxsdən "heroin" narkotik vasitəsinin satın
alınması və qeyd olunan alış-verişlərin gizli audio-video qeydini
həyata keçiriblər.
Polis müttəhimlərin üzərinin və yaşayış evlərinin axtarışı zamanı
narkotik vasitə "heroin", pul və mobil telefonlar müsadirə
edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin
birinci hissəsi, 3-cü hissənin "a" və "b" bəndləri, dördüncü
hissəsi, 5-ci hissənin "a" və "b" bəndləri və 6-cı hissənin "a"
bəndi ilə istintaq davam edir. Həmin maddə qrup tərəfindən
əvvəlcədən razılaşdırılaraq külli miqdarda narkotik vasitənin
qanunsuz alqı-satqısı, saxlanması və satışını nəzərdə
tutur", – Daxili İşlər Nazirliyinin yaydığı
açıqlamada deyilir.