Poniçalada 11 narkotik satıcısı saxlanılıb
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Şöbəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin və Baş Prokurorluğun əməkdaşları Poniçala qəsəbəsində 11 narkotik satıcısını həbs ediblər.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü N.A., 1973-cü il təvəllüdlü İ.A., 1987-ci il təvəllüdlü K.A., 1996-cı il təvəllüdlü A.G., 1967-ci il təvəllüdlü D.F., 1976-cı il təvəllüdlü S.G., 1999-cu il təvəllüdlü V.M., 1979-cu il təvəllüdlü V.A., 1971-ci il təvəllüdlü F.A., 1985-ci il təvəllüdlü R.N. və 1999-cu il təvəllüdlü E.G. hakimin hökmü əsasında saxlanılıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər narkotik vasitələri qanunsuz şəkildə əldə etmək, saxlamaq və satmaqda ittiham olunurlar.

“Törədilmiş cinayətə görə 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur. İstintaq nəticəsində təqsirləndirilən şəxslərin sistemli şəkildə narkotik satdığı aydın olub.

Hüquq mühafizə orqanları hakimin hökmü əsasında dəfələrlə təqsirləndirilən şəxsdən "heroin" narkotik vasitəsinin satın alınması və qeyd olunan alış-verişlərin gizli audio-video qeydini həyata keçiriblər.

Polis müttəhimlərin üzərinin və yaşayış evlərinin axtarışı zamanı narkotik vasitə "heroin", pul və mobil telefonlar müsadirə edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi, 3-cü hissənin "a" və "b" bəndləri, dördüncü hissəsi, 5-ci hissənin "a" və "b" bəndləri və 6-cı hissənin "a" bəndi ilə istintaq davam edir. Həmin maddə qrup tərəfindən əvvəlcədən razılaşdırılaraq külli miqdarda narkotik vasitənin qanunsuz alqı-satqısı, saxlanması və satışını nəzərdə tutur",
– Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.



Mənbə: İnterPressNews
Print