Daxili İşlər Nazirliyi 22 sentyabr tarixində Tbilisidə,
Ağmaşenebeli prospektində gecə saatlarında baş vermiş qarşıdurma
ilə bağlı istintaqa başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Netgazeti”-yə
verilən məlumata görə, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə
istintaq aparılır. Həmin maddə zorakılığı nəzərdə tutur.
Törədilmiş cinayətə görə 1 il müddətinə həbs cəzası, yaxud 6-12 ay
müddətinə ev həbsi, cərimə və ya 120-180 saat ictimaiyyət üçün
faydalı əmək nəzərdə tutulur.
Qarşıdurmadan sonra hadisə yerinə altı patrul polis ekipajı və 2
təcili yardım maşını səfərbər edilib.
İlkin məlumata görə, ağır xəsarət alan olmayıb.
“Netgazeti”-nin ilkin məlumatına əsasən qarşıdurma 4-5 içkili
vətəndaşın restoranlardan birinə girmək istəməsinə görə baş
verib.