Kişi keçmiş arvadını qaçırma, ona təcavüz etmə və hədələmə ittihamı ilə həbs olunub

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq mühafizəçiləri 1989-cu il təvəllüdlü Z.D.-ni keçmiş həyat yoldaşına qarşı zorakılıq, hədələmə və qanunsuz olaraq azadlıqdan məhrum etmə ittihamı ilə həbs ediblər.



İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı 1981-ci il təvəllüdlü İ.D.-ni evində ziyarət edib, onu maşına mindirib və iradəsinə qarşı Daba kəndi istiqamətindəki meşəyə aparıb. Burada məişət məsələləri baxımından mövcud narazılıq zəminində ona qarşı fiziki zorakılıq tətbiq edib və öldürməklə hədələyib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 143-cü maddəsinin 1-ci hissəsi, 11 prima 151-ci maddəsinin 2-ci hissəsinin "d" bəndi və 126-cı prima maddəsinin 1-ci hisssəsi ilə istintaq davam edir. Həmin maddə ailə üzvünə qarşı qanunsuz azadlıqdan məhrumetmə, zorakılıq və hədələməni nəzərdə tutur.

Törədilmiş cinayətə görə 4 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google