Samtsxe-Cavaxeti polisi həyat yoldaşına və yetkinlik yaşına çatmamış şəxsə qarşı hədələmə ittihamı ilə Axaltsixedə 1 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin Axaltsixe Rayon İdarəsinin əməkdaşları aparılan operativ istintaq nəticəsində həyat yoldaşına və yetkinlik yaşına çatmamış şəxsə qarşı həyata keçirilmiş hədələmə ittihamı ilə 1971-ci il təvəllüdlü Q.K saxlayıblar.


Törədilmiş cinayətə görə 3 il həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhim keçmişdə baş vermiş münaqişə zəminində mübahisə edərkən həyat yoldaşı, 1975-ci il təvəllüdlü O.K və yetkinlik yaşına çatmamış övladı, 2003-cü il təvəllüdlü M.K-nı təhqir edib və sağlamlıqlarına ziyan vuracağı ilə hədələyib.

Yetkinlik yaşına çatmamış şəxsə və ailə üzvünə qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 151-ci maddəsinin 2-ci hissəsinin “q” və “d” bəndləri ilə istintaq aparılır.


police.ge

 

Print Email
FaceBook Twitter Google