Tbilisidə bir nəfər yaralanıb
Tbilisidə bir nəfəri soyuq silahla yaralayıblar. Hadisə Dadiani küçəsində baş verib.

Əldə olunan məlumatlara görə, yaralanan şəxsin həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan 120-ci maddəsi ilə istintaq başladılıb.

Print Email
FaceBook Twitter Google