Tbilisidə İran vətəndaşlarına qarşı zorakılıq tətbiq etmə və sağlamlıqlarına zərər vurma ittihamı ilə 2 nəfər saxlanıb – DİN

Daxili İşlər Nazirliyi Tbilisidə İran vətəndaşlarına qarşı zorakılıq tətbiq etmə və sağlamlıqlarına zərər vurma ittihamı ilə 2 nəfəri saxlayıb.



Qurumun məlumatına görə, 1983-cü il təvəllüdlü Ş.L. sağlamlığa qəsdən yüngül xəsarət yetirmə və 1984-cü il təvəllüdlü V. Ş. zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

Törədilmiş cinayətə görə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.

"İstintaq nəticəsində aydın olub ki, Ş.L. mübahisə zəminində meydanlardan birinin yaxınlığında, Tsotne Dadiani küçəsində, İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü V.R.-nin bədəninə iki yüngül xəsarət yetirib. Yaralı kişi tibb müəssisəsinə aparılıb. Vəziyyəti qənaətbəxşdir.

Hüquq-mühafizə orqanları Ş.L.-ni hadisədən bir neçə saat sonra saxlayıb. O, cinayəti etiraf edib. Polis cinayətdə istifadə olunmuş silahını – bıçağı maddi sübut olaraq müsadirə edib.

İstintaq zamanı, Ş.L.-nin yoldaşı V.Ş.-nin İran vətəndaşı V.R.-nin bədəninə küt alətlə vurduğu da məlum olub.”
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google