Marneulidə silahlı insident baş verib (VİDEO)
Bu gün, 24 dekabr tarixində Marneuli rayonunun Rəsulzadə küçəsində silahlı insident baş verib. Məlumata görə, yas mərasiminin keçirildiyi ərazidə iki nəfər ayağından güllələnib.

Hər iki xəstə Marneuli Geo Hospitals klinikasına aparılıb. Klinikanın rəhbəri Tata Şenqelaia bildirdi ki, zərərçəkənlərdən biri bu dəqiqələrdə əməliyyata girib, digəri isə Tbilisiyə aparılmalı olub. Onun sözlərinə görə, klinikaya gətirilən zaman hər ikisinin sağlamlıq vəziyyəti stabil olub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, baş vermiş faktla bağlı iki maddə, 236-cı və 118-ci maddələrlə istintaq aparılır.

118-ci maddə qəsdən sağlamlığa ağır zərər vurmanı, 236-cı maddə isə odlu silahdan (ov tüfənglərindən başqa) silah-sursatın, partlayıcı maddələrin, yaxud partlayıcı qurğuların qanuna zidd şəkildə əldə edilməsi, saxlanılması, daşınması, hazırlanması, göndərilməsi, yaxud istifadəyə verilməsini nəzərdə tutur.


Print Email
FaceBook Twitter Google