Telavi Bələdiyyəsinin İkalto kəndində qətl hadisəsi baş verib.
Telavi Cinayət Polisi rəis müavini V.Z.,
Telavi Mərkəzi Xəstəxanasının direktoru Zurab Saçişvilini odlu
silahla ölümcül yaralayıb.
Dava ailələrdən birində, süfrədə başlayıb, küçədə davam edib.
"İnterpressnews" xəbər verir ki, iki tərəfli atışma olub, bu zaman
Telavi Bələdiyyəsinin hüquq xidmətinin rəhbəri Levan Berdzenaşvili
də əlindən yaralanıb və təcili yardım briqadası ona yerindəcə ilk
tibbi yardım göstərib.
Hadisə yerinə polis səfərbər olunub və istintaq tədbirləri davam
etdirilir.