Zuqdidə, Suxumi küçəsində baş verən yol qəzasında 5 nəfər
yaralanıb.
"Info Rustavi"-nin verdiyi məlumata görə, "BMW" və "Honda" markalı
avtomobillər bir-biri ilə toqquşub, bundan sonra avtomobillərdən
biri dayanmış "Nissan" avtomobilinə çırpılıb.
Yaralılar Zuqdidinin Referal Xəstəxanasına aparılıb. Xəsarət
alanlar arasında bir neçə aylıq körpə uşaq da var.
Daxili İşlər Nazirliyindən "Info Rustavi"-yə verilən məlumata görə
hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa nisbətən
yüngül xəsarət yetirməklə nəticələnən yol hərəkəti təhlükəsizliyini
və ya istismar qaydasını pozmanı nəzərdə tutan 276-cı maddəsinin
2-ci hissəsi ilə istintaq aparılır.