3 maşın bir-biri ilə toqquşub
Zuqdidə, Suxumi küçəsində baş verən yol qəzasında 5 nəfər yaralanıb.

"Info Rustavi"-nin verdiyi məlumata görə, "BMW" və "Honda" markalı avtomobillər bir-biri ilə toqquşub, bundan sonra avtomobillərdən biri dayanmış "Nissan" avtomobilinə çırpılıb.

Yaralılar Zuqdidinin Referal Xəstəxanasına aparılıb. Xəsarət alanlar arasında bir neçə aylıq körpə uşaq da var.

Daxili İşlər Nazirliyindən "Info Rustavi"-yə verilən məlumata görə hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin sağlamlığa nisbətən yüngül xəsarət yetirməklə nəticələnən yol hərəkəti təhlükəsizliyini və ya istismar qaydasını pozmanı nəzərdə tutan 276-cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Mənbə: inforustavi.ge
Print