Tbilisi-Senaki-Zuqdidi yolunda, Nosir kəndi yaxınlığında yol qəzasında polis yaralanıb
Tbilisi-Senaki-Zuqdidi yolunda, Nosir kəndi yaxınlığında avtomobil qəzası baş verib.

Patrul polis maşını ilə "Jeep" markalı avtomobilin toqquşması nəticəsində bir polis məmuru yaralanıb.

Təcili yardım qrupu yaralı polisi Senaki Klinikasına çatdırıb.

Hadisə yerinə mütəxəssis-kriminalistlər cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin sağlamlığa nisbətən yüngül xəsarət yetirmə ilə nəticələnən hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google