28 dekabr tarixində Marneulidə Rustaveli küçəsində yerləşən
korpuslardan birində 37 yaşlı kişi dünyasını dəyişib.
"Mtavari" kanalının məlumatına görə, onun təbii qaz sızmasından
öldüyü güman olunur.
Kanalın məlumatına görə, hadisə zamanı mənzildə iki şəxs olub. Qaz
sızması isə onlardan birinin həyatına son qoyub.
DİN-dən "Marneuli" radiosuna bildirdilər ki, baş vermiş faktla
bağlı Cinayət Məcəlləsinin 240 prima maddəsi ilə istintaq aparılır.
Həmin maddə elektrik, yaxud istilik enerjisi, qaz, neft, yaxud neft
məhsulları obyektinin layihələşdirilməsi, tikintisi, yaxud
istismarı zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə
tutur.