Azərbaycanın Şəmkir rayonunda avtomobildə yanğın hadisəsi baş
verib.
Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin
(FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayon ərazisində “Scania” markalı yük avtomobilinin yanar
hissələri və banına yığılan dərman preparatları yanıb. Yol
kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: report.az