Azərbaycanda dərman daşıyan yük maşını yanıb
Azərbaycanın Şəmkir rayonunda avtomobildə yanğın hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayon ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: report.az
Print